Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2019 09:24
Bakı. Trend:
10 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0105017757 |
Emissiya həcmi | 15 000 000 AZN |
Nominal dəyəri | 100 AZN |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz ödənişləri (olduqda) | 10 mart 2020-cu il, 08 sentyabr 2020-ci il, 09 mart 2021-ci il, 07 sentyabr 2021-ci il |
Faiz gəliri | 7.5 % |
Ödəmə tarixi | 07.09.2021 |
Anderrayter | Paşa Kapital İŞ
QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin