Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 16:50
"Rusiya Ermənistanın antirusiya davranışından narahatdır və hesab edir ki, respublikanın hakimiyyəti gizli şəkildə Avropa və ABŞ-la flört etməkdə davam edir".
Sonxeber.net xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.
"Bizdə olan məlumata görə, Rusiyanın güc strukturları hakimiyyət nümayəndələrinin Rusiya-Ukrayna münaqişəsi ilə bağlı özünü necə ifadə etdiyini başa düşmək üçün erməni mediasını fəal şəkildə izləyir. Dövlət mediasının məzmununa da eyni qaydada nəzarət edilir.
Monitorinq nəticəsində gündəlik hesabatlar tərtib edilərək Ermənistanın hakimiyyət orqanlarına göndərilir, onlar Ermənistanda antirusiya təbliğatına sponsorluq etdiklərinin hakimiyyət orqanlarının anti- rus baxışlarının sübutu kimi Nikol Paşinyanın masasına qoyulur.
Hər bir belə halla bağlı təxirəsalınmaz tədbirlərin görülməsi və günahkarların cəzalandırılması təklif edilir. Rusiya artıq Paşinyanın ikili oyunlarına dözməyə hazır deyil və mütləq sədaqət və müttəfiqlik sübutunu tələb edir", - deyə qəzet yazıb.