Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Whatsapp"da yeni funksiya - Qrup çatlarında...

Tarix: 9 Mart 2022 19:48

Vatsapda yeni funksiya yaradılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Messencer qrup çatlarında sorğuların keçirilməsi funksiyasını sınaqdan keçirir.

Mütəxəssislərin fikrincə, bu funksiya iOS üçün tətbiqin beta versiyasında yaradılıb.

Qrup çatları daxilində sorğunun yaradılması şifrələmə ilə qorunacaq. İstifadəçilər sualı daxil edərək səsverməyə başlayacaq və nəticələr qrup çatı daxilində göstəriləcək.

Funksiyanın nə qədər çevik olacağı hələ məlum deyil.

Bu funksiya Android üçün hələ tapılmayıb.

Milli.Az


Etiketlər:  Whatsappda yeni funksiya Qrup çatlarında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ