Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 23:36
Ukrayna ərazisində hərbi münaqişə Almaniya cəmiyyətində ciddi sarsıntı yaradıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, on rəy sorğuları orduya çağırışın bərpa edilməsi tərəfdarlarının sayının artdığını göstərib.
Milli Səhiyyə İnstitutu tərəfindən aparılmış sosioloji sorğu nəticəsində məlum olub ki, almanların 47 faizi məcburi hərbi xidmət tətbiq olunmasını dəstəkləyir. Respondentlərin 37 faizi bu təşəbbüsün əleyhinədir, rəyi soruşulanların 19 faizi isə bu suala dəqiq cavab verə bilmədiyindən bitərəf qalıb.
Almaniya Federativ Respublikasında ümumi hərbi mükəlləfiyyət 2011-ci ildə sabiq müdafiə naziri Karl-Teodor Quttenberqin təşəbbüsü ilə ləğv edilib. İndi ümumi hərbi mükəlləfiyyət yalnız müstəsna hallarda və ölkənin təhlükəsizliyi üçün təhdid olduqda bərpa edilə bilər.