Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sony" Rusiyada "Playstation Store"u dayandırdı

Tarix: 10 Mart 2022 07:48

Yaponiyanın "Sony" şirkəti Rusiyaya konsol, periferiya və oyunların tədarükünü, həmçinin ölkədə "Playstation Store"un fəaliyyətini dayandırmaq qərarına gəlib.

Bu barədə şirkətin rəsmi Twitter səhifəsində bildirilir.

"Sony Interactive Entertainment Ukraynada sülh çağırışı ilə beynəlxalq ictimaiyyətə qoşulur.Şirkət Rusiya Federasiyasına bütün çatdırılmaları, rəsmi onlayn mağazanın işini, həmçinin Rusiya bazarında Gran Turismo 7 yarış simulyatorunun satışını", - məlumatda deyilir.

Həmçinin, qeyd olunur ki, şirkət humanitar kanallar vasitəsilə faciənin qurbanlarına dəstək üçün 2 milyon dollar göndərəcək.

Milli.Az


Etiketlər:  Sony Rusiyada Playstation Storeu dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ