Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 17:08
Rusiyaya tətbiq edilən sanksiyalar bu ölkənin avropanın enerji təchizatında rolunun azalmasına da səbəb olub. Belə bir məqamda Avropaya alternativ neft-qaz tədarükü yollarının axtarılması məsələsi aktuallaşır. Ekspertlər bildirirlər ki, avropa ölkələrinin rus qazından imtinası Azərbaycanın bazarını genişləndirə bilər.
"Rusiya-Ukrayna müharibəsi və bu çərçivədə Rusiyaya tətbiq edilən sanksiyalar enerji bazarında ciddi dəyişikliklər yaradıb, neft-qaz şirkətlərinin Rusiyadan çıxmasına gətirib çıxarıb". Bu sözləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Bildirib ki, bütün bunlar Rusiyanın Avropanın enerji təchizatında rolunun azalmasına səbəb olduğu üçün alternativ yolların aktuallığını da artırıb. Elə bu məqamda Azərbaycanın enerji potensialı gündəmə gəlir...
İqtisadçı ekspert deyir ki, sanksiyaların tərkib hissəsi kimi Avropa ölkələri rus qazından tamamilə imtina edərsə, Azərbaycanın bazarı genişlənəcək..
İqtisadşı ekspert deyir ki, növbəti illərdə hasilat həcminin artması təbii olaraq, Azərbaycana daha çox miqdarda valyutanın daxil olması üçün fürsətlər yaradacaq.
Sonxeber.net xezerxeber.az-a istinadla videomaterialı təqdim edir: