Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 08:04
Ukraynaya hərbi müdaxilə ölkəyə 100 milyard dollardan çox ziyan vurub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Oleq Ustenko bildirib.
"Rəqəm çox böyükdür, ona görə də qələbədən sonra bizi uzun bir bərpa prosesi gözləyir", - deyə Ustenko qeyd edib.
O əlavə edib ki, Ukraynadakı müharibə səbəbindən müəssisələrin 50%-i bağlanıb, qalanları isə öz imkanları ərəfəsində işləyir.