Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona”nın futbolçusu millidə zədələndi

“Barselona”nın futbolçusu millidə zədələndi

Tarix: 9 Sentyabr 2019 11:48

Fransa yığması və “Barselona”nın futbolçusu Samuel Umtiti zədələnib.

Qol.az xəbər verir ki, Avro-2020-nin seçmə mərhələ oyunları üçün milliyə dəvət olunan futbolçu Albaniyaya qarşı matçdan öncəki məşq zamanı zədə alıb.

Buna görə də o, Fransa yığmasının albanlara 4:1 hesabıyla qalib gəldiyi qarşılaşmada forma geyinməyib. “Barselona”nın futbolçusu həmin görüşdə sonadək ehtiyatda qalıb.

Fransa yığması sentyabrın 10-da doğma meydanda Andorra ilə üz-üzə gələcək. Umtitinin həmin qarşılaşmada da iştirakı sual altındadır.

 


Etiketlər:  Barselonanın futbolçusu millidə zədələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ