Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı qadın videozəng vasitəsi ilə uşaq dünyaya gətirdi

Ukraynalı qadın videozəng vasitəsi ilə uşaq dünyaya gətirdi

Tarix: 11 Mart 2022 13:50

Nikolayev vilayətinin Kandıbino kəndində tibb bacısı və mama-ginekoloqu atəşə tutulması təhlükəsi səbəbindən videobağlantı vasitəsilə uşaq dünyaya gətirib.

Sonxeber.net parlament.ua-ya istinadən xəbər verir ki, komendant saatı zamanı Nikolayevdən 45 km aralıda yerləşən Kandıbino kəndinin sakinində doğuş başlayıb.

Rus əsgərlər atışma ilə hədələyərək doğum sancısı olan qadını ən yaxın xəstəxanaya çatdırmağa imkan verməyiblər. Buna görə də, regional və şəhər səhiyyə şöbələrində Kandıbinoda yaşayan Nikolayev 1-ci doğum evinin tibb bacısı Tatyana Pavlova şəhər mama-ginekoloqu Lyudmila Çinyakova arasında video əlaqə təşkil ediblər.

Qadının Matvey adlı oğlu doğulub, onlar özlərini yaxşı hiss edirlər.

Aslan Məmmədov


Etiketlər:  Ukraynalı qadın videozəng vasitəsi ilə uşaq dünyaya gətirdi


RƏYLƏR