Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukrayna Rusiyanın nüvə yanacağından tamamilə imtina etdi

Ukrayna Rusiyanın nüvə yanacağından tamamilə imtina etdi

Tarix: 11 Mart 2022 14:14

Ukrayna Rusiya Federasiyasından nüvə yanacağı almaqdan tamamilə imtina edib.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Energoatom məlumat yayıb.

"Energoatom Rusiya nüvə yanacağını almaqdan tamamilə imtina edir", - bəyanatda deyilir.

Martın 10-da Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Federasiyasının növbəti "xarici bayraq altında dəhşətli əməliyyat" hazırladığını bildirib. Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiyanın bioloji və kimyəvi silahlarla bağlı saxta məlumat yaymaq maniyası "dərin narahatlığa səbəb olur".

Martın 10-da axşam saatlarında Rusiya hərbçiləri Xarkovdakı "Xarkov Fizika və Texnologiya İnstitutu" Milli Elmi Mərkəzinin yerində yerləşən Neytronların Mənbəyi nüvə tədqiqat obyektini bombalayıb.

Aslan Məmmədov


Etiketlər:  Ukrayna Rusiyanın nüvə yanacağından tamamilə imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ