Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Finlandiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Finlandiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər

Tarix: 11 Mart 2022 20:48

11 mart 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Finlandiya Respublikasının xarici işlər naziri cənab Pekka Haavisto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, Nazirlər iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq münasibətlərini müzakirə ediblər.

Görüş zamanı nazir Ceyhun Bayramov iki ölkənin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Bu xüsusda, tərəflər siyasi müstəvidə əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.


Etiketlər:  Azərbaycan Finlandiya XİN başçıları Ukraynadakı vəziyyəti müzakirə ediblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ