Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 22:36
ABŞ Rusiyadan dəniz məhsulları, almaz və alkoqol idxalı, həmçinin bu ölkəyə zinət əşyalarının tədarükünə qadağa qoyur.
Sonxeber.net "report"-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.
Bundan əlavə, ABŞ Rusiyanı "ən çox üstünlük verilən millət" statusundan məhrum edir. Rusiyanın ticarət statusunun dəyişməsi Amerika Konqresinə Rusiyadan ABŞ-a idxal olunan istənilən və ya bütün mallara, o cümlədən kürü, araq və digər mallara rüsum tətbiq etməyə imkan verəcək.
Bayden bildirib ki, G7 ölkələri Rusiyanın Beynəlxalq Valyuta Fondu və Dünya Bankından borc almasına qadağa qoymağa çalışacaq.