Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 12:02
Çerniqovda rus qoşunları "Ukrayna" otelinə hücum edib.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Ukrayna Tarixi İnstitutunun elmi işçisi Serhiy Şumilo öz Facebook səhifəsində yazıb.
"Mühasirəyə alınmış Çerniqovda, şəhərin tam mərkəzində rus qoşunları şəhərin vizit kartlarından biri olan "Ukrayna" otelini bombalayıblar. Onlar məqsədyönlü şəkildə şəhərin dinc mülki obyektlərini, infrastrukturunu - xəstəxanaları, məktəbləri, uşaq bağçalarını, kitabxanaları, mehmanxanaları, stadionları, yaşayış binalarını bombalayıb məhv edirlər. Tarixi 1300 ildən artıq olan qədim şəhər məqsədyönlü və sistemli şəkildə dağıdılır" - mesajda deyilir.
Şumilo rus qoşunlarının "sülh məqsədli xüsusi əməliyyatı" haqqında məlumat yaymağa çağırıb ki, dünya həqiqəti bilsin.
"Bütün bu cinayətlər Haaqadakı beynəlxalq tribunal üçün sübuta çevrilməlidir", - o, yekunlaşdırıb.
Aslan Məmmədov