Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyanın müharibədəki hərbi itkilərini AÇIQLANDI

Rusiyanın müharibədəki hərbi itkilərini AÇIQLANDI

Tarix: 12 Mart 2022 23:09

Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiyməti açıqlanıb.

Bu barədə "Forbes Ukraine" nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

"Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib", - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.


Etiketlər:  Rusiyanın müharibədəki hərbi itkilərini AÇIQLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ