Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 11:54
Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Əməliyyat zamanı qadın və uşaqlar da daxil olmaqla yüzlərlə dinc sakin həlak olub.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar öz rəxmi tviter hesabında hərbi əməliyyat zamanı valideynlərini itirən uşaqların videogörüntülərini paylaşıb.
"Putin bu məsum uşaqların ana və atalarını oğurlamaqla yetinmədi, uşaqlıqlarını da əllərindən aldı. Bunu əsla əfv etməyəcəyik", - deyə Bodnar qeyd edib.
Videodan əksəriyyəti 5 yaşına qədər çox sayda körpə görmək mümkündür.