Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 12:26
Rusiya hərbçiləri bazar ertəsi səhəri, martın 14-də Kiyevdə hündürmərtəbəli binanı və Antonov zavodunu atəşə tutub.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlkin məlumata görə, iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaşayış binasında partlayış baş verən ərazidən 70-ə yaxın insan təxliyə edilib.
Aslan Məmmədov