Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 08:08
Latviya parlamentinin üzvü Yuris Yuraşs Ukraynanı müdafiə etmək üçün mandatından imtina edib və Ukraynanın ərazi müdafiəsinə qoşulub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Latviya nəşri məlumat yayıb.
"Ukrayna indi təkcə öz azadlığı üçün deyil, həm də bizim azadlığımız, xüsusən də Latviya və Aİ üçün mübarizə aparır. Hesab edirəm ki, qələbəmiz üçün mümkün olan hər şeyi etmək bizim borcumuzdur", - Yuris "Hromadske"yə müsahibəsində deyib.
Yuraşs Latviya Polis Akademiyasını bitirib və bir neçə il Korrupsiyaya Qarşı Mübarizə Bürosunda işləyib.