Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 12:56
Rusiya Xersonda qondarma respublikanı legitimləşdirmək məqsədi ilə Donetsk, Luqansk və Krımdakı kimi "referendum" keçirə bilər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, martın 11-də Rusiya Melitopol şəhərinə öz merini təyin edib. Əlavə olunub ki, Dneprorudnoenin merinin də Rusiya qüvvələri tərəfindən qaçırılması barəsində məlumatlar var.
Hərbi kəşfiyyatın məlumatında Rusiyanın Ukrayna üzərində siyasi nəzarətini möhkəmləndirərək Ukrayna demokratiyasını devirmək məqsədi ilə daha çox cəhdlər edəcəyinin ehtimal edildiyi vurğulanıb. Əlavə olunub ki, işğal altındakı Xerson, Berdyansk və Melitopol şəhərlərində əhali ruslara qarşı aksiyalar keçirib.
Xersonda keçirilən aksiyanı dağıtmaq məqsədi ilə rusiyalı hərbçilərin xəbərdarlıq atəşi açdığı bildirilib.