Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

XİN: Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır

XİN: Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır

Tarix: 9 Sentyabr 2019 18:08

Bakı. Ləman Zeynalova - Trend:

Gürcüstan Dağlıq Qarabağda qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” tanımır.

Trend-in məlumatına görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, Azərbaycanın suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə dəstəyini bir daha ifadə etməklə, Gürcüstan Xarici İşlər Nazirliyi 2019-cu il sentyabrın 8-də Dağlıq Qarabağda keçirilmiş qondarma “yerli özünüidarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır.

Bəyanata əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu nizamlanmasını dəstəkləyir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  XİN Gürcüstan Dağlıq Qarabağda qondarma yerli özünüidarəetmə orqanlarına seçkiləri tanımır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ