Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xeops piramidasının sirri kosmik şüaların köməyi ilə açılacaq

Xeops piramidasının sirri kosmik şüaların köməyi ilə açılacaq

Tarix: 16 Mart 2022 19:56

Hələ 2017-ci ildə alimlər Xeops piramidasında iki boşluq aşkar ediblər. Onların əsl məqsədi hələ də məlum deyil.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər Misirin böyük sirrini öyrənmək üçün məkanı kosmik şüalarla tədqiq etmək qərarına gəliblər. Məlum olub ki, ən böyük boşluğun uzunluğu 30 metrdən və hündürlüyü 6 metrdən çoxdur. Bir fərziyyəyə görə, orada firon Xeopsun (Xufu) gizli dəfn otağı yerləşir.

"Scan Pyramids" layihəsində iştirak edən arxeoloqlar piramidanı muon detektorlarından istifadə edərək tədqiq ediblər. Onlardan insan gözündən gizli qalan sahələri işıqlandırmaq üçün istifadə etmək olar. Mütəxəssislər əmindirlər ki, bu, piramidanın boşluqlarının içərisində yerləşən artefaktları üzə çıxaracaq.

Milli.Az


Etiketlər:  Xeops piramidasının sirri kosmik şüaların köməyi ilə açılacaq


RƏYLƏR