Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Sənsiz dünyam boşdur, ömrü yarım qalanım” - Vüsalə qəzada həyatını itirən qardaşından yazdı

“Sənsiz dünyam boşdur, ömrü yarım qalanım” - Vüsalə qəzada həyatını itirən qardaşından yazdı

Tarix: 17 Mart 2022 04:25

Aparıcı Vüsalə Əlizadə ötən il avtomobil qəzasında həyatını itirən qardaşı Əlihüseyn Əlizadə ilə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi qardaşımın ezamiyyətdə olduğu əraziləri çəkərək İnstaqramda bu sözləri yazıb:

"Yoxluğunun acısını ürəyimə həbs etdim. Bu yollara necə nifrət edirəm bir bilsən. Hər gəlişimdə qarşılamağa çıxardın. Fəxrlə arxana düşüb gəlirdim, qazandığın hörməti, uğuru, insanların sənə sevgisini, güvənini görüb ürəyim dağa dönürdü. 7 aydır burada bacını qarşılamırsan, ay ürəyimin dağı. Ömrünün ən gözəl çağlarını fəda etdin bu yollara, bu dənizə...".

Qeyd edək ki, Vüsalə Əlizadənin qardaşı Əlihüseyn Əlizadə ötən ilin avqustunda yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.

Milli.Az


Etiketlər:  Sənsiz dünyam boşdur ömrü yarım qalanım Vüsalə qəzada həyatını itirən qardaşından yazdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ