Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda torpaq almaq istəyənlər, tələsin - Qiymətlər bahalaşır - VİDEO

Bakıda torpaq almaq istəyənlər, tələsin - Qiymətlər bahalaşır - VİDEO

Tarix: 18 Mart 2022 15:12

Torpaq sahələrinin qiymətində ildən-ilə artım müşahidə edilir. Ekspertlərin sözlərinə görə ötən illə müqayisədə bu il bahalaşma müşahidə edilir. Qiymət artımı 15-20 faiz civarındadır. Bəs görəsən ən baha və ən ucuz torpaq sahələri paytatın hansı hissəsində yerləşir?

Ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtın torpaq bazarında qiymətlər artıb. 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, bahalaşma 15-20 faiz civarındadır. Əsas səbəb ildən-ilə təlabatın çoxalması, torpaq sahələrinin isə azalmasıdır. 

Suraxanı, Sabunçu və Qaradağ rayonları ərazisindəki torpaq sahələri daha ucuz qiymətə təklif edilir. Ən bahalı torpaq sahələri isə Nərimanov, Səbail və Nəsimi rayonlarının payına düşür. 

Ekspert əlavə edib ki, yaxın aylar ərzində qiymətlərdə dəyişiklik gözlənilmir. 


Etiketlər:  Bakıda torpaq almaq istəyənlər tələsin Qiymətlər bahalaşır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ