Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 22:06
Fevral ayında Avropa İttifaqının (AB) avtomobil bazarında satışlar tədarük problemlərinə görə son 29 ilin ən aşağı səviyyəsinə enib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Birliyi (ACEA) məlumat yayıb.
Çip çatışmazlığı və tədarük zəncirindəki problemlər Avropa ölkələrində yeni avtomobillərin satışına mənfi təsir göstərməkdə davam edir. Fevral ayında Aİ ölkələrində yeni avtomobillərin qeydiyyatı tarixdə ən aşağı səviyyəyə düşüb.
ACEA-ya görə ötən ilin fevralında 771 min 349 olan yeni avtomobillərin satışı bu ilin eyni ayında 719 min 465-ə geriləyib. Sözügedən dövrdə Aİ-də yeni avtomobillərin satışı ötən ilin fevral ayı ilə müqayisədə 6,7 faiz azalıb.
Beləliklə, fevral ayında Aİ-yə üzv ölkələrdə yeni avtomobillərin satışı bu göstəricilərin qeydə alındığı 1993-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Avropada avtomobil satışları ötən ilin iyul ayından etibarən hər ay azalır.
İtaliyada isə avtomobil satışları fevral ayında keçən ilin eyni dövrü ilə müqayisədə 22,6 faiz azalıb. Keçən ay bu ölkədə 110 min 869 yeni avtomobil qeydiyyata alınıb.