Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 08:16
İngiltərənin "Everton" komandasının baş məşqçisi Frenk Lempard kuryoz hadisə nəticəsində zədələnib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Premyer Liqanın 20-ci turundan təxirə salınmış və ötən gecə baş tutan "Nyukasl"la ev oyununda əlini sındırıb.
Lempard 90+9-cu dəqiqədə vurduqları qələbə qolunu qeyd edərkən xoşagəlməz aqibətlə üzləşib. 43 yaşlı mütəxəssis hadisəni belə xatırlayır:
"Heç nəyə yumruq atmadım. Amma 2 dəqiqə sonra əlimin titrədiyini hiss etdim. Bu cür nəticələr qazanaq, hər həftə əziyyət çəkməyə hazıram".
"Everton" "Nyukasl"la oyundan 1:0 hesablı qələbə ilə ayrılıb.