Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 11:20
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Prezident Vladimir Putinlə görüş olmadan Rusiyanın müharibəni dayandırmaq üçün nə etməyə hazır olduğunu başa düşmək mümkün deyil.
Bu barədə report Ukrayna mətbuatına istinadən xəbər verir.
"Hesab edirəm ki, bu anın sonuna qədər Rusiya Federasiyasının Prezidenti ilə hər hansı formatda görüşüm olmadan - mən bunu təkrarlayıram və bir neçə il təklif etdim - düşünürəm ki, bu görüş olmadan onların nəyə hazır olduğunu tam başa düşmək mümkün deyil", - Zelenski Avropa ölkələrinin ictimai yayımçılarına müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, bu gün Rusiya-Ukrayna müharibəsinin xərclərini deyə bilməz.
"Bunlar çox ciddi şeylərdir. Neçəyə, nə qədər insana və əraziyə başa gəlir. Bu gün deyə bilmərəm. Mən yalnız bir şeyi bilirəm: tarix bizə əhali itkisini bağışlamayacaq, dövlətimiz bağışlamayacaq. Gələcək nəsillərimiz ərazilərimizin itirilməsini bağışlamayacaq və deyəcəklər: siz nə üçün döyüşmüsünüz?".