Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Nəticə üzümüzü güldürmədi'' - Borna Barişiç

''Nəticə üzümüzü güldürmədi'' - Borna Barişiç

Tarix: 10 Sentyabr 2019 14:36

Xorvatiya millisinin müdafiəçisi Borna Barişiç Avro-2020-nin seçmə mərhələsində Azərbaycanla heç-heçə etdikləri oyunu (1:1) şərh edib.

Qol.az xəbər verir ki, o, Xorvatiyanın "Dnevnik Nova" kanalına müsahibəsində bunları bildirib: "Yaxşı oyun göstərib, erkən qol vura bildik. Bundan sonra isə əldə etdiyimiz şansları dəyərləndirə bilmədik. Razılaşıram ki, biz daha yaxşısını edə bilmədik. Onlar cinahdan yaxşı hücumlar etdilər. Bu, bizim səhvimiz idi. Və nəticədə rəqib qol vura bildi. Yekunda isə sadəcə 1 xal ilə kifayətləndik".

Komandanın müdafiəçisi Azərbaycanla görüşü Macarıstana məğlub olduqları oyunla müqayisə edib: "Bəli, demək olar ki, eyni idi. Ən azından bu matçda məğlub olmadıq. 2 oyundan 4 xal qazansaq da, Slovakiyadakı oyundan sonra bu cür çıxış edəcəyimizi gözləmirdim. Nəticə üzümüzü güldürmədi. Ancaq biz heçnəyi dəyişə bilmərik".

Barişiç ikinci hissədə göstərdikləri çıxışın zəif olduğunu bildirib: "Paltardəyişmə otağında danışdıq ki, ikinci hissədə meydana çıxıb, daha aqressiv oynayacağıq. Ancaq rəqib ikinci hissədə qol vurdu. Vurulan qol daha da gərginlik yaratdı. Əlbəttə ki, bu hal elə də yaxşı deyildi. Biz 3 xal götürə biləcəyimiz səfər matçından 1 xalla ayrıldıq".

 


Etiketlər:  Nəticə üzümüzü güldürmədi Borna Barişiç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ