Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 12:18
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı aparıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, tərəflər Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini müzakirə ediblər.
"Biz Böyük Britaniyanın G7-dəki müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiya Prezidenti Vladimir Putinin rejiminə iqtisadi təzyiqi necə artıracağını müzakirə etdik. Biz Rusiyanı qəddar hərbi maşını üçün vəsaitdən məhrum etmək missiyamızda dayanmayacağıq", - Britaniyanın xarici işlər naziri tviterdə yazıb.