Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Sabirabadda baş verənlər göstərir ki, bu sahədə hələ görüləsi işlər çoxdur

Deputat: Sabirabadda baş verənlər göstərir ki, bu sahədə hələ görüləsi işlər çoxdur

Tarix: 10 Sentyabr 2019 14:36

Bakı. Trend:

Əhalinin sağlamlığının və qida təhlükəsizliyinin qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.

Bunu Trend-ə millət vəkili Rauf Əliyev deyib.

Deputat deyib ki, Azərbaycanda dövlət siyasətinin başlıca istiqamətlərindən biri əhalinin sağlamlığının və qida təhlükəsizliyinin təmin olunmasıdır:

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair “Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, qida təhlükəsizliyinə nəzarət sistemini təkminləşdirmək, bu sahədə şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaradılıb. Agentlik yaradıldıqdan sonra əhalinin qida təhlükəsizliyinin təmin olunması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilir və bu istiqamətdə işlər davam etdirilir. Millət vəkili olaraq qida təhlükəsizliyi ilə əlaqədar, respublikamızın müxtəlif bölgələrində, o cümlədən Bakı şəhərində baytarlıq-sanitariya və baytarlıq-gigiyena tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan ət məhsullarının istehsalı və satışı ilə məşğul olan şəxslərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması ilə əlaqədar bu məsələləri tez bir zamanda həll edilməsinin vacibliyini dəfələrlə mətbuatda qaldırmışam. Agentlik tərəfindən bu sahədə yol verilən nöqsanların aradan qaldırılması üçün, qaldırılan məsələlərin həll edilməsi məqsədi ilə öz səlahiyyətləri daxilində müvafiq işlər görülür".

R.Əliyev qeyd edib ki, bu günlərdə Agentlik tərəfindən qarayara xəstəliyi ilə əlaqədar açıqlama yayılıb. Bildirilib ki, Sabirabad rayonunun iki nəfər sakinində qarayara xəstəliyi ehtimalı ilə daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət qurup yaradılıb və hadisə yerinə ezam olunublar: "Qeyd etmək lazımdır ki, bu ilin iyul ayında Sabirabad rayonunda daha iki nəfərdə qarayara aşkar olunmuşdu, onlardan biri bu xəstəlikdən vəfat etmişdi. Hazırda mütəxəssislər tərəfindən törədicilərin müəyyən olunması istiqamətində araşdırmalara başlanılıb. Bu onu göstərir ki, Agentlik tərəfindən kütləvi informasiya vasitələrində qida təhlükəsizliyi ilə və müəyyən infeksion xəstəliklər barədə yayılmış məlumatlara diqqətlə yanaşılır və məsələlərin həlli üçün müvafiq tədbirlər görülür. Baş verən hadisələr eyni zamanda göstərir ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Qida Təhlükəsizliyi Agentliyi və bu sahəyə cavabdeh olan digər qurumlar yuxarıda qeyd olunan halların qarşısının alınması məqsədi ilə qabaqlayıcı, proflaktik tədbirlərin həyata keçirilməsi istiqamətində işlərini gücləndirməlidirlər. Eyni zamanda bu mühüm məsələnin həllində yerlərdəki müvafiq dövlət orqanları, yerliözünüidarə qurumları və sakinlər yaxından iştirak etməlidirlər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Deputat Sabirabadda baş verənlər göstərir sahədə hələ görüləsi işlər çoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ