Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 20:48
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) İclasında Ukrayna və Qara dənizdə sabitlik müzakirə edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, iclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edib.
İclasda, Rusiya-Ukrayna müharibəsi daxil olmaqla, bir çox regional məsələ müzakirə olunub.
Mətbuata açıqlamada bildirilib ki, iclasda Ukraynanın suverenliyi və ərazi bütövlüyü nəzərə alınmaqla iki ölkənin problemlərinin davamlı həlli üçün səylərin artırılmasına ehtiyac olduğu vurğulanıb.
Bundan əlavə, Türkiyənin Qara dənizdə sülh və sabitliyin qorunması üçün Montrö boğazlar konvensiyasının həyata keçirilməsi ilə yanaşı vasitəçilik səylərini davam etdirəcəyi bildirilib.