Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski Abramoviçlə bağlı Baydendən xahiş edib

Zelenski Abramoviçlə bağlı Baydendən xahiş edib

Tarix: 23 Mart 2022 22:32

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydendən rusiyalı oliqarx Roman Abramoviçə qarşı sanksiyalar tətbiq etməməyi xahiş edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Bildirilib ki, Abramoviç Kiyev və Moskva arasında sülh danışıqlarını asanlaşdıra bilər.

Qeyd edilib ki, Bayden Zelenski ilə bir sıra sanksiyalar, o cümlədən Abramoviç üçün planlaşdırılan cəzalar barədə məsləhətləşib.

Bu məsələ ilə bağlı hələlik nə ABŞ, nə də Ukrayna rəsmi cavab verib.


Etiketlər:  Zelenski Abramoviçlə bağlı Baydendən xahiş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ