Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 17:14
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror Z.Məmmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Zaur Məmmədovun vəkili müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
İttihama görə, Sumqayıtda "Lombard" işlədən Z.Məmmədov 52 nəfərdən qızıl məmulatları girov almaqla onlara nağd pul verib. Lakin Z.Məmmədov bir müddət sonra işlədiyi ofisi bağlayaraq yoxa çıxıb.
Z.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin