Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhər havası kişiləri sonsuz edir - ALİMLƏR

Şəhər havası kişiləri sonsuz edir - ALİMLƏR

Tarix: 25 Mart 2022 22:30

Böyük şəhərlər və paytaxtda yaşayan kişilərin spermində aktivlik və keyfiyyət çox aşağı düşür və pozulur.

Milli.Az xəbər verir ki, bunu Çin alimləri son elmi təcrübələrində sübut ediblər.

Çinin bir neçə aparıcı universitetinin birgə apardığı tədqiqatda çirlik şəhər havasının kişi sağlamlığına təsiri araşdırılıb.

Onlar Şanxay klinikalarında sonsuzluq və hamiləlik problemindən əziyyət çəkən kişiləri və hamilə qala bilməyən qadınların ərlərinin tibbi məlumatlarını incələyiblər.

34 min kişinin nəticələri göstərib ki, iri şəhər və paytaxtda yaşayan kişilərin sonsuzluq problemləri daha çoxdur.

Məlum olub ki, maşın və sənaye qazlarından hava atılan zəhərli toksiki maddələr kişi orqanizminə hava, su ilə keçərək xayalarda yumurtahüceyrə yaratmaq qabiliyyətini azaldır. Onların spermində hərəkət aktivliyi düşür.

Şəhər mərkəzində yaşayan kişilərin spermi hamiləlik üçün uyğun olmayıb.

Alimlər hesab edir ki, atmosferə atılan toksiki maddələr kişi cinsi hüceyrələrinin normal formalaşması prosesini pozur. /medicina.az

Milli.Az


Etiketlər:  Şəhər havası kişiləri sonsuz edir ALİMLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ