Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 07:26
Fiqurlu konkisürmə üzrə dünya çempionatı davam edir.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Fransanın Monpelye şəhərindəki yarışın üçüncü günü qadınların sərbəst çıxışları ilə başa çatıb.
Azərbaycan təmsilçisi Yekaterina Ryabovanın çıxışı 122,98 xalla qiymətləndirilib. O, iki proqramın yekununda 188,50 xal yığıb.
Ryabova bu nəticə ilə dünya çempionatını 9-cu yerdə başa vurub. Qısa proqramda 9-cu olan konkisürənimiz mövqeyini qoruyub.
Qeyd edək ki, martın 26-da kişilərin sərbəst proqramında daha bir təmsilçimiz Vladimir Litvintsev buz üzərinə çıxacaq.