Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaxın 3 gün ərzində hava necə olacaq? - Külək xəbərdarlığı...

Yaxın 3 gün ərzində hava necə olacaq? - Külək xəbərdarlığı...

Tarix: 26 Mart 2022 14:36

Martın 27-si səhərdən 30-u səhərədək Bakıda və Abşeron rayonunda hava şəraitinin küləkli olacağı, cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunacağı, küləyin maksimal sürətinin 15-20 m/s, arabir 23-28 m/s, 28-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. 

Sonxeber.net xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Azərbaycanın rayonlarında

Martın 27-si səhərdən 30-u səhərədək ölkə ərazisində küləkli hava şəraitinin davam edəcəyi, cənub-qərb, qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s, 28-i gecə və səhər ayrı-ayrı yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.


Etiketlər:  Yaxın gün ərzində hava necə olacaq Külək xəbərdarlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ