Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 20:03
Narın faydasını saymaqla bitirmək mümkün deyilBu meyvə nəinki süfrəmizdə, hətta yeməklərdə də geniş şəkildə istifadə edilir.
Nar tərkibindəki bir çox faydalı birləşmələr sayəsində xərçəngdən ürək xəstəliklərinə kimi bir çox xəstəlik növlərnin qarşısının alınmasında mühüm rola malıkdir.
Narın ən başlıca xüsusiyyəti isə onun xərçəngə qarşı ən yaxşı vasitələrdən biri olmasıdır. Bu meyvə kalsium, B6, B9 və c vitaminləri dəmir, maqnezium, fosfor kimi maddələrin mənbəyidir.
Nar suyundakı antioksidantlar qırmızı şərab və yaşıl çayda olduğundan min dəfə çoxdur. Narı yemək və ya yaşıl çay içmək prostat, süd vəzi , dəri xərçəngi kimi xəstəliklərin yaranması riskini 70 faizə qədər azaldır.
Nar suyu bir çox başqa xəstəliklərə qarşı da xeyirlidir. Tədqiqatçıların rəyinə görə, nar qan dövranını yaxşılaşdırır, təzyiqi normalaşdırır, ürəyi qoruyur, immuniteti gücləndirir, yorğunluğu aradan qaldırır, mikrobların düşmənidir və dərini gözəlləşdirir.
O, həm də hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Çalışın siz də nar şirəsindən faydalanın.