Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Meyiti tapılan gənc BDU-nun tələbəsi imiş...

Meyiti tapılan gənc BDU-nun tələbəsi imiş...

Tarix: 27 Mart 2022 21:04

Bakı bulvarı ərazisində dənizdən 19 yaşlı gəncin meyiti çıxarılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, meyiti tapılan gənc Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin III kurs tələbəsi olub. İlkin Qənbərli həm də idmançı imiş. O, martın əvvəlindən itkin kimi axtarışda olub.

Milli.Az


Etiketlər:  Meyiti tapılan gənc BDU nun tələbəsi imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ