Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Məni Rusiya, Polşa, Macarıstan, Rumıniya maraqlandırır'' - Zelenski

''Məni Rusiya, Polşa, Macarıstan, Rumıniya maraqlandırır'' - Zelenski

Tarix: 28 Mart 2022 07:42

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına müsahibə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, dövlət başçısı dillərin statusu barədə suala da cavab verib.

"Mən qonşu xalqların dillərinə hörmətlə bağlı sazişi bütün qonşu dövlətlərlə imzalamaq istəyirəm. Məni Rusiya, Polşa, Macarıstan, Rumıniya maraqlandırır. Bizdə çox sayda milli azlıq və xalq var. Bu müqavilə bu və ya digər dilə hörmət üçün kifayət edər. Əminəm ki, sazişlə həll olunduqdan sonra dil məsələsi də gündəmfən çıcacaq" - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti rus dilinin statusu məsələsinə də münasibət bildirib: "Rus dilinə gəldikdə, mənim mövqeyim budur: bizdə hər kəs istədiyi dildə danışır. Ölkımizdə yüzdən artıq milli azlıq yaşayır. Buna görə də, tarixə, dilə və məfəniyyətə hörmət qarşılıqlı olmalıdır. Mən bu cür qəbul edirəm" - deyə dövlət başçısı vurğulayıb.


Etiketlər:  Məni Rusiya Polşa Macarıstan Rumıniya maraqlandırır Zelenski


RƏYLƏR