Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğandan sağlamlıq resepti: “Hər axşam bu qarışığı yeyib yatıram”

Ərdoğandan sağlamlıq resepti: “Hər axşam bu qarışığı yeyib yatıram”

Tarix: 28 Mart 2022 09:26

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Tokat Hava Limanının və tikintisi başa çatan digər obyektlərin açılış mərasimi üçün səfər etdiyi Tokat bölgəsində yerli fermerlərlə görüşüb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, yığıncaqda çıxış edən Tokat Arıçılar Dərnəyinin sədri Əli Dəmir bölgədə son 4 ildə mühüm obyektlərin qurulduğunu bildirib. Dəmir Tokatda açılan hava limanının da məhsulların ixarcına mühüm töhfə verəcəyini açıqlayıb.

Bal haqqında söz düşmüşkən, Ərdoğan da öz tövsiyəsini verib. O, özünəməxsus sağlamlıq reseptini bölüşüb.

"Hər axşam yatmazdan əvvəl 3-5 ədəd Mədinə xurmasını camış qatığına doğrayır, üzərinə şabalıd balı və yulaf əzməsi əlavə edib qarışdıraraq yeyib yatıram", - deyə dövlət başçısı bildirib.

O, bu qarışımın əsl şəfa mənbəyi olduğunu da vurğulayıb.


Etiketlər:  Ərdoğandan sağlamlıq resepti Hər axşam qarışığı yeyib yatıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ