Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 10:26
Əfqanıstanda hakimiyyətdə olan "Taliban" hərəkatının yaratdığı Əfqanıstan hökuməti Britaniyanın BBC korporasiyasının ölkədə yayımını qadağan edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, BBC-nin yerli ofisi təsdiq edib ki, şirkətin Əfqanıstanda puştu, fars və özbək dillərində yayımlanan bütün televiziya proqramları dayandırılıb.
Qeyd edək ki, ötən ilin sentyabrın 6-da "Taliban" bütün Əfqanıstan ərazisinə nəzarətin qurulduğunu, ertəsi gün isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.