Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 13:24
Moskvada yerləşən Tbilisi restoranında "Badri Kutaiski" ləqəbli "qanuni oğru" Badri Koquaşvilinin ad günü keçirilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ad günündə bir neçə "qanuni oğru" ilə bərabər "Rufo Gəncinski" ləqəbli azərbaycanlı "qanuni oğru" Ülfət Tağıyev də iştirak edib. Mərasimdə Badriyə qiymətli hədiyyələr bağışlanıb. Məsələn, biznesmen Şalva Gibradze Badriyə 300 min dollarlıq saat hədiyyə edib.
Məlumata görə, mərasimin sonuna yaxın polis müdaxilə edib. İştirak edənlərin sənədləri yoxlanılıb və hər biri sərbəst buraxılıb.