Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 16:30
Müğənni Elnarə Xəlilova şəhər gəzintisi zamanı Novruz bayramı münasibətilə qurulan küçə konsertində öz ifasını eşidib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi həmin an səhnəyə çıxaraq mahnını oxuyub və rəqs edib. Elnarə daha sonra sevənləri ilə fotolar çəkdirib.
Xəlilova həmin görüntüləri paylaşaraq "İçərişəhərdəki məşhur Novruz şənliyində mən də var idim... Təsadüfən "Vətən oğlu" mahnımın sədalarını eşitdim. Özümü tuta bilmədim, mikrafon istəyib səhnəyə qalxdım. İfadan sonra hamının bayramını təbrik edib, bolluca şəkil çəkdirdim. Sonra da xalqıma qoşulub o ki var rəqs elədik. Bayram dediyin belə olar. Əsl bayram idi bizim üçün. Sevirəm bayramı insanlarla birgə keçirməyi. Allah təki hər zaman xalqımıza toy-büsat, bayramlar və çoxlu şad günlər qismət eləsin. Amin" sözlərini yazıb.