Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 20:20
Ötən gün axşam saatlarında başlayan güclü külək Oğuz və İsmayıllıda bir sıra fəsadlar törədib. Elektrik və qaz təsərrüfatlarına ciddi ziyan dəyib. Bir sıra tikililərin dam örtükləri dağılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, gecə saatlarında Oğuz rayonunda əsən şiddətli külək Xaçmaz kəndində diametri bir metrdən böyük olan şabalıd ağacını kökündən qoparıb.
Ağacın aşması nəticəsində əhalisi 8000 nəfərdən çox olan kəndin əsas qaz və işıq xətti sıradan çıxıb. Nəticədə sakinlər qazsız-işıqsız qalıblar.
İri gövdəli ağac aşandan sonra xaçmaz və filfilli kəndlərinin yolu kəsilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Ağac ərazidən götürülüb və hərəkət bərpa edilib.
Güclü külək İsmayıllıda da bir sıra fəsadlar törədib. Rayon Sakini Qurbanxan Mustafayevə məxsus tövlənin dam örtüyü yararsız vəziyyətə düşüb.
Topçu kəndində isə orta məktəbin dam örtüyü dağılıb. Rayon İcra Hakimiyyətindən bildirilib ki, şiddətli küləyin törətdiyi fəsadlar barədə onlara məlumat daxil olub. Yaraldılmış komissiyasının nümayəndələri hadisə yerlərinə baxış keçirib. Əvlərə və məktəbə dəymiş ziyanın qısa müddətdə aradan qaldırılacağı bildirilib.