Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xərçəngə qarşı süd

Xərçəngə qarşı süd

Tarix: 29 Mart 2022 23:45

Gənc və gümrah qalmaq, sağlam yaşamaq üçün qidalanmanın əhəmiyyəti mütəxəssislər tərəfindən tez-tez izah edilir.

Südün tərkibindəki mineral və vitaminlər, dəri xərçəngi başda olmaqla sızanaq və dəri infeksiyası kimi narahatlıqların riskini azaldır.

Mütəxəssislərə görə, gündə 1 stəkan süd ilə gündəlik sink ehtiyacının 7%-i, A vitamini ehtiyacının 8%-i qarşılanır.

Xüsusilə içərisində olan sink və A vitamini səbəbilə südün sızanaq kimi dəri problemlərinə qarşı yaxşılaşdırıcı təsiri olduğu ifadə edilir.

Bundan əlavə, A vitamininin antioksidant xüsusiyyəti dəri infeksiyası riskini azaldır.

Mütəxəssislərə görə; südün tərkibində xərçənglə mübarizə aparmağa köməkçi olan, bədənin çıxara bilmədiyi və çöldən alınması lazım olan yağ turşuları iştirak edir.

Xərçəngə qarşı əhəmiyyət ifadə edən yağ turşularının ən yaxşı mənbəsi süddür. Bunlar kimyəvi əsaslı dəri şişlərinin meydana çıxmasına mane olur.

Süddə olan sink, A vitamini, zülal və laktoferrin dəri sağlamlığı ilə birlikdə dərinin nəm tarazlığını da qoruyur.

Bu səbəblə mütəxəssislər uşaqlara, gənclərə, yetkinlərə, hamilələrə gündə 2 stəkan süd içməsini tövsiyə edirlər.


Etiketlər:  Xərçəngə qarşı süd


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ