Tarix: 11 Sentyabr 2019 10:56
Avro-2020-nin seçmə mərhələsində millimizin Xorvatiya ilə oyununu izləyənlər arasında “Trabzonspor”un skautları da olub.
Qol.az “Fotospor”a istinadən xəbər verir ki, Türkiyə klubunun nümayəndələri "Bakcell Arena"da keçirilən görüşdə (1:1) yığmamızın və "Qarabağ"ın hücumçusu Mahir Emrelini bəyəniblər.
Xəbərdə ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtardığı bildirilib.
Xatırladaq ki, Türkiyə mətbuatında daha əvvəl də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazıb.