Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı Türkiyədə qaydaları pozdu, cərimə traktor sürücüsü qadına kəsildi - FOTOlar

Azərbaycanlı Türkiyədə qaydaları pozdu, cərimə traktor sürücüsü qadına kəsildi - FOTOlar

Tarix: 30 Mart 2022 11:02

Türkiyənin İsparta şəhərinin Gökçehüyük kəndində yaşayan 64 yaşlı Emine Tüzün adlı qadın maraqlı bir hadisə ilə üzləşib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Emine Tüzünə öz traktoru ilə İstanbulda 6 dəfə körpülərdən, 3 dəfə də avtomobil yolundan ödəniş etmədən keçdiyi iddia edilərək 476 lirə 25 qəpiklik (təxminən 56 AZN) cərimə kəsilib.

Cərimədə Tüzünün 10 EE 111 nömrəli traktoru ilə ötən ilin oktyabr və noyabr aylarında "15 iyul Şəhidlər körpüsü" və "Fatih Sultan Mehmet körpüsü"ndən 6, İstanbul-Ankara avtomobil yolu ilə Mahmutbey-Edirne avtomobil yolundan da 3 dəfə ödəniş etməyərək keçdiyi qeyd olunub.

İstanbula 650 kilometr uzaq məsafədə yaşayan Emine Tüzün sözügedən cəzanı gördükdə böyük çaşqınlıq yaşayıb. Mediada sözügedən hadisə ilə bağlı məlumat yayıldıqdan sonra Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

Kamera görüntülərindən məlum olub ki, ödəniş etmədən sözügedən yollardan istifadə edən avtomobil 10 EE 111 Azərbaycan qeydiyyat nömrə nişanlı avtomobildir. Həm avtomobilin, həm də traktorun nömrə nişanı eyni olduğundan cərimə səhvən Eminə Tüzünə kəsilib.

Məsələ aydınlaşdırıldıqdan sonra qadına kəsilən cərimə ləğv olunub.

"Qaynarinfo"nun apardığı araşdırma nəticəsində məlum olub ki, əvvəllər 10 EE 111 dövlət nömrə nişanı "Rang Rover" markalı avtomobildə olub. Hazırda isə sözügedən dövlət nömrə nişanı "BMW 430" markalı avtomobildə istifadə edilir. Nəqliyyat vasitəsi Binəqədi rayon sakini Eldəniz adlı şəxsə məxsusdur.

İlkin ehtimala görə, 10 EE 111 nömrəli avtomobil Türkiyənin İstanbul şəhərində olarkən yol-hərəkət qaydaları pozduğu üçün cərimə edilib. Maşın hazırda Bakıda olduğundan cərimələr eyni nömrə nişanlı traktor şoferinə göndərilib.


Etiketlər:  Azərbaycanlı Türkiyədə qaydaları pozdu cərimə traktor sürücüsü qadına kəsildi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ