Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 13:12
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 2-də mitinq keçirməklə bağlı müraciətini cavablandırıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, meriya pandemiya ilə əlaqədar mitinqin keçirilməsini məqsəduyğun saymayıb.
Qeyd edək ki, Milli Şura aprelin 2-də saat 15:00-17:00-dək Bakı şəhəri, Yasamal rayonunda yerləşən keçmiş "Məhsul" stadionunda, metronun "Nərimanov" stansiyası yanındakı parkda və "Ukrayna" dairəsində mitinqin keçirilməsi üçün yer ayrılması üçün üçün BŞİH-ə müraciət edib. Milli Şura Ukraynanın ərazi bütövlüyünə dəstək məqsədilə mitinq keçirməyi planlaşdırmışdı.