Tarix: 11 Sentyabr 2019 11:28
“Zirə"nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.
Qol.az xəbər verir ki, Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvane yığmalarında qarşılaşıblar.
DÇ-2022-nin seçmə mərhələsinin cavab oyunda Malavi 1:0 qalib gələrək növbəti mərhələyə yüksəlib. Botsvana isə mübarizəni erkən dayandırıb.
Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib.