Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 16:48
Türkiyə millisinin sabiq futbolçusu və hazırda "Lill"də çıxış edən Burak Yılmaz ölkəsinə qayıdacaq.
Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul nəhənginin prezidenti Ahmed Nur Çebi mövsümün sonunda Fransa klubundan ayrılacaq oyunçunu "qara qartallar"a gətirəcək. Onun Liqa 1 təmsilçisi ilə sözləşməsi bu yay başa çatır.
Qeyd edək ki, Burak "Lill"in heyətində Fransa çempionu və kubokunun qalibi olub. O, daha əvvəl 2005/2008, 2019/2020-ci illər aralığında "Beşiktaş"da oynayıb.
Bildirək ki, Burak bir müddət əvvəl Türkiyə millisindəki karyerasını bitirdiyini açıqlamışdı.