Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 16:32
Avropada təbii qazın min kubmetrinin qiyməti 1 300 ABŞ dollarından aşağı düşüb.
Sonxeber.net "report"-a istinadən bildirir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın may fyuçerslərinin qiyməti 1 270,5 ABŞ dollarınadək düşüb. Bu isə ticarət sessiyasının əvvəli ilə müqayisədə 8,2% azalma deməkdir.
Dünən Almaniyanın Nazirlər Kabineti məlumat yaymışdı ki, Rusiya Prezidenti Vladimir Putin və Almaniyanın Kansleri Olaf Şolts arasında baş tutmuş telefon danışığı zamanı Rusiya qaza görə ödənişi "Qazprombank" vasitəsilə avro ilə almağa razıdır.