Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir ölkə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

Daha bir ölkə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir

Tarix: 31 Mart 2022 19:20

İsveçrə hökuməti koronavirus infeksiyası ilə mübarizə üçün tətbiq edilən bütün məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.

Hökumətin bəyanatına görə, aprelin 1-dən ictimai nəqliyyatda və tibb müəssisələrində maskalardan istifadə, eləcə də müsbət COVID testi verənlər üçün təcrid tələbi ləğv ediləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bundan sonra koronavirusun yayılmasına görə məsuliyyət artıq yerli kantonların hakimiyyət orqanlarının üzərinə düşəcək.

Buna baxmayaraq, İsveçrədə 2023-cü ilin yazına qədər keçid mərhələsinin tətbiqi nəzərdə tutulub. Bu müddət ərzində test, peyvənd və kontaktların izlənməsi kimi tədbirlərə xüsusi diqqət yetiriləcək.

Milli.Az


Etiketlər:  Daha bir ölkə koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edir


RƏYLƏR